05 İyun 2026
Ölkə futbolu

Fransa millisinin sabiq üzvü “Neftçi”də

“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, fransalı sağ vinger İmad Faraj artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43