29 İyun 2026
Ölkə futbolu

“Şamaxı” isveçrəli futbolçu ilə anlaşdı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb.

31 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.

Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43