29 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin istəyi baş tutmadı: “Getmək istəmirəm, rəqabətə hazıram”

“Neftçi”nin gözdən çıxardığı Ramil Şeydayev komandadan ayrılmaq istəmir.

Rəhbərlik millimizin sabiq üzvünü klubdan göndərmək istəsə də, təcrübəli forvard növbəti mövsüm də “ağ-qaralar”da qalacaq.

Artıq baş məşqçi Samir Abasov da oyunçu ilə görüşüb. Təcrübəli mütəxəssis futbolçuya ayrılmaq istəyib-istəmədiyini soruşub.

Şeydayevin isə cavabı konkret olub: “getmək istəmirəm, rəqabətə hazıram”. Bunun ardından hücumçunun komandadakı gələcəyi ilə bağlı söz-söhbət başa çatıb.

O, ən azı bir mövsüm də “ağ-qaralar”da qalacaq.

Xatırladaq ki, 29 yaşlı hücumçu ötən mövsüm “Neftçi” forması ilə 27 matçda 4 qol vurub.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43