“Sabah” bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə “Çelye” (Sloveniya) ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçiriləcən matç qonaqların qələbəsilə başa çatıb – 3:2.
Bu komandalar arasında cavam oyunu isə iyulun 17-də Sloveniyada olacaq.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
20:00. “Sabah” (Azərbaycan) – “Çelye” (Sloveniya) 2:3
Qol: Pavol Şafranko, 3 (1:0); Franko Kovaçeviç, 7 (1:1); Pavol Şafranko, 18 – pen. (2:1); Franko Kovaçeviç, 48 (2:2), Hrka, 90+3 (2:3)
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)
“Bank Respublika Arena”

