Bu gün “Kəpəz” və “Şamaxı” arasında yoxlama oyunu keçirilib.
İdmanxeber.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda baş tutub.
Görüş “Şamaxı”nın 6:1 hesablı qələbəsi ilə başa çatıb. “Şirlər”in heyətində Dioqo Balau (dubl), Karim Rossi, Abdullahi Şuaybu, Emil Süleymanov və Rikardo Apolinario fərqləniblər. “Sarı-göylər”də isə Fərid Kələntərov qol vurub.
“Şamaxı”nın yay hazırlıq toplanışı isə avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq “İmişli” ilə qarşılaşacaq.

