08 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted” Şeşkonu təqdim etdi

“Leypziq”in hücumçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, “Mançester Yunayted” sloveniyalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qırmızı şeytanlar” Şeşko üçün Almaniya klubuna bonuslarla birlikdə 85 milyon avro təzminat ödəyəcək. 22 yaşlı forvard “Mançester Yunayted”də 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, “Leypziq” Benjamin Şeşkonu 2023-cü ilin yayında “Zalzburq”dan transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43