05 İyun 2026
Dünya futbolu

PSJ-nin hücumçusu İtaliyaya qayıdır

PSJ-nin hücumçusu Randal Kolo-Muani “Yuventus”a qayıdır.

İdmanxeber.az xəbər verir ki, Turin klubu fransalı forvardı yenidən icarəyə götürmək üzrədir. Müqavilədə müəyyən şərtlərlə məcburi satınalma bəndi də olacaq.

26 yaşlı futbolçu “Yuventus”la şəxsi razılıq əldə edib. O, ötən mövsümün ikinci yarısında italiyalılarda 22 oyunda 10 qol və 3 assistlə yadda qalmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43