Çempionlar Liqasının pley-off mərhələsində bu gecə “Qarabağ”ın rəqibi olacaq “Ferentsvaroş” gözlənilməz açıqlama yayıb
İdmanxeber.az-ın məlumatına görə, Macarıstan təmsilçisi matça bir neçə saat qalmış hücumçu Adama Traorenin komandadan ayrıldığını rəsmən bəyan edib.
Klubun saytında yer alan məlumata görə, 28 yaşlı futbolçu Türkiyə Super Liqasında çıxış edəcək. O, elitanın yeni üzvü “Gənclərbirliyi” ilə anlaşma əldə edib.

