12 İyun 2026
Dünya futbolu

Alexandro Qarnaço komandadan ayrıla bilər

“Mançester Yunayted”in gənc vingeri Alexandro Qarnaço komandadan ayrıla bilər.

İdmanxeber.az-ın “Daily Mail”ə istinadən məlumatına görə, 21 yaşlı argentinalı futbolçu ilə “Bavariya” və “Çelsi” maraqlanır. Qarnaço Almaniya klubunun təklifini qəbul etməyib və London təmsilçisinə keçmək istəyir.

“Yunayted” oyunçu üçün 50 milyon funt-sterlinq tələb edir. Qarnaço ötən mövsüm 58 matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43