28 İyun 2026
Ölkə futbolu

“İmişli” Quba stadionunda çalışmalara start verib – VİDEOLAR/ÖZƏL

“İmişli”nin ev oyunlarını keçirəcəyi Quba şəhər stadionunda təmir işləri start götürüb.

İdmanxeber.az-a verilən məlumata görə, hazırda arenada oyunları canlı yayımlayacaq “CBC Sport”un çəkilişi üçün yerlər hazırlanır. Bununla yanaşı, paltardəyişmə və hakim otaqları da yenilənib. Konfrans zalı da ideal vəziyyətə gətiriləcək.

Klub rəhbərliyi ən qısa zamanda ev oyunlarını Qubada keçirmək niyyətindədir. Bununla bağlı bütün addımlar atılıb. 

Arenada davam edən çalışmalarla bağlı videoları təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43