“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb. 23 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək.
Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.
Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.
Fərid Nəsibov

