05 İyul 2026
Dünya futbolu

Fermin Lopes “Barselona”da

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes gələcək karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az “Sport.es”ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Çelsi”nin marağına baxmayaraq, Kataloniya klubunda çıxışını davam etdirmək istəyir.

Lopes yaxın ətrafına əsas hədəfinin “Barselona”nın start heyətində sabit mövqe qazanmaq olduğunu bildirib.

Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43