05 İyul 2026
Dünya futbolu

“Fənərbağça” Joze Mourinyo ilə yollarını ayırdı

“Fənərbağça” klubunda baş məşqçi dəyişikliyi baş verib.

İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi 2024/25 mövsümündən etibarən komandanı çalışdıran Joze Mourinyo ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi məlumatında bildirilir.

Açıqlamada portuqaliyalı mütəxəssisə indiyə qədər “Fənərbağça”ya verdiyi xidmətlərə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43