Erik ten Haqin “Bayer”in baş məşqçisi kimi qazandığı məbləğ məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, məşqçi klubda 62 günlük maaşı olan 1 milyon, müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün isə 5 milyon avro qazanıb.
Ten Haq cəmi iki turdan sonra “Bayer”dən qovulub. Bu, Bundesliqa tarixində ən tez baş məşqçi ayrılığıdır.
55 yaşlı mütəxəssis kluba iyulun 1-dən başçılıq edib.

