05 İyun 2026
Dünya futbolu

“Qalatasaray” Fransadan müdafiəçi alır

“Qalatasaray” “Lion”un müdafiəçisi Nikolas Talyafikonu transfer etmək üzrədir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu argentinalı futbolçu ilə danışıqlarda son mərhələyə çatıb. 33 yaşlı oyunçunun ən azı icarə əsasında heyətə qoşulacağı gözlənilir.

Talyafiko daha əvvəl “Banfild”, “İndependiente”, “Mursiya” və “Ayaks”da çıxış edib, 2022-ci ildən isə “Lion”un şərəfini qoruyur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43