16 İyul 2026
Ölkə futbolu

UEFA-dan “Qarabağ”a hücumçu şansı

UEFA avrokubokların reqlamentində dəyişiklik edib.

İdmanxeber.az xəbər verir ki, klublar əsas mərhələnin 6-cı turuna qədər uzunmüddətli zədə və ya xəstəlik səbəbindən iştirak edə bilməyən futbolçunu müvəqqəti olaraq başqa oyunçu ilə əvəzləyə biləcəklər.

Bu qərar “Qarabağ” üçün əlavə fürsət ola bilər. Nəriman Axundzadənin millinin heyətində zədələnməsinin ardından Ağdam klubu UEFA-ya yeni hücumçu sifarişi edə bilər. 

Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsinə sentyabrın 16-da start veriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43