08 İyul 2026
Ölkə futbolu

“Neftçi” və “Sabah”da itkilər var

Misli Premyer Liqasının IV turunda “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” ötən tur qırmızı vərəqə alan İqor Ribeyronun xidmətindən yararlana bilməyəcək. Həyətdə zədəli futbolçu yoxdur.

“Sabah”da isə Zinəddin Xaled və Boyan Letiç “Neftçi”yə qarşı oynamayacaq. İki futbolçu da zədəlidir.

Qarşılaşma bu gün saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43