04 İyun 2026
Dünya futbolu

İspaniyalı müdafiəçi Rusiya klubuna keçir

İspaniyalı müdafiəçi Serxio Reqillon karyerasını Rusiyada davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, 28 yaşlı sol cinah oyunçusu ÇSKA-nın maraq dairəsindədir. Hazırda azad agent olan futbolçunun Moskva klubuna keçidi ilə bağlı qərar özündən asılı olacaq.

Qeyd edək ki, Reqillon indiyədək “Real”, “Sevilya”, “Tottenhem”, “Atletiko”, “Mançester Yunayted” və “Brentford” kimi komandaların formasını geyinib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43