04 İyun 2026
Dünya futbolu

Erik ten Haq “Tvente”yə qayıtmır

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq “Tvente”ni çalışdırmaqdan imtina edib.

İdmanxeber.az xəbər verir ki, 54 yaşlı mütəxəssis vaxtından əvvəl işə başlamasının Leverkuzen “Bayer”indən aldığı ödənişlərə təsir göstərə biləcəyini bildirib.

Qeyd edək ki, “Tvente” daha əvvəl Mark van Bommel və Rene Xake ilə də anlaşa bilməyib. Komanda Erediviziyada 5 turdan sonra 4 xalla 13-cü pillədə qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43