04 İyun 2026
Dünya futbolu

Levandovski “Barselona”da 150-ci oyununu keçirdi

İspaniya La Liqasının 4-cü turunda “Valensiya” ilə matç Robert Levandovski üçün əlamətdar olub.

İdmanxeber.az xəbər verir ki, 37 yaşlı hücumçu bu görüşdə Kataloniya klubunun heyətində 150-ci oyununa çıxıb. Qarşılaşmada “Barselona” rəqibini 6:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayında “Bavariya”dan 45 milyon avroya “Barselona”ya transfer olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43