12 İyun 2026
Ölkə futbolu

“Karvan” – “İmişli” matçına doğru: 3 futbolçu oynamayacaq 

Misli Premyer Liqasının V turunda “Karvan” “İmişli”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, oyun öncəsi hər iki klubun da heyətində itki var. Yevlax təmsilçisində zədəli olan Mateuş Pedro və Mikels bu matçda da forma geyinə bilməyəcək.

“İmişli”də isə cəzalı Rafael Vieqaş meydana çıxa bilməyəcək. Komandada zədəli futbolçu yoxdur.

Qarşılaşma saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43