05 İyun 2026
Dünya futbolu

PSJ-nin növbəti transfer bombası

PSJ mövsümün ən səs-küylü transferinə hazırlaşır.

İdmanxeber.az xəbər verir ki, Fransa nəhəngi “Paris Sen-Jermen” “Barselona”nın gənc istedadı Lamin Yamalı transfer etmək niyyətindədir.

Paris təmsilçisi 18 yaşlı ispaniyalı vingerin keçidi üçün rekord məbləğ ödəməyə hazırdır. Məlumata görə, PSJ bu transferi reallaşdırmaq üçün 230 milyon avro təklif etməyi planlaşdırır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43