19 İyun 2026
Dünya futbolu

İlya Zabarnıy: “Azərbaycanla ilk oyundakı heç-heçə məyusedicidir, amma hər şey davam edir”

Ukrayna milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Azərbaycan yığmasını qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, qarşılaşma öncəsi “göy-sarılar”ın müdafiəçisi İlya Zabarnıy mətbuat konfransında fikirlərini bölüşüb:

 “Bu səviyyədə heç bir qiymətləndirmədən söhbət gedə bilməz. Bütün milli komandalar necə müdafiə olunmağı və futbol oynamağı bilirlər. Şəxsən mənim üçün heç bir qiymətləndirmədən söhbət gedə bilməz. Mən də bütün komanda kimi nə etmək lazım olduğunu bilirəm.

Təbii ki, Azərbaycanla heç-heçə etmək (ilk oyun) məyusedicidir, amma belə şeylər olur. Prinsipcə, heç nə dəyişməyib, eyni komandamız var. Biz çətin oyuna hazırlaşırıq və qələbə qazanmaq istəyirik.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43