06 İyul 2026
Dünya futbolu

“Fənərbağça” onunla yolları ayırır

“Fənərbağça”da qış transfer dönəmi yaxınlaşdıqca gözlənilməz ayrılıq xəbəri gündəmə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi legioner limitində yer açmaq məqsədilə 26 yaşlı futbolçunun meneceri ilə görüş keçirib. Görüşdən sonra ayrılıq ehtimalının artdığı bildirilir.

Mövsümə böyük ümidlərlə başlayan polyak yarımmüdafiəçi Sebastyan Şimanski indiyədək gözləntiləri tam doğrulda bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43