06 İyul 2026
Ölkə futbolu

Bölgə klubunun apellyasiya şikayəti təmin olunmadı

“Kür-Araz” tərəfindən klubun oyunçusu Elnur Məmmədov barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verilən apellyasiya şikayətinə Apellyasiya Arbitraj Tribunalında baxılıb.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisinin verdiyi apellyasiya şikayəti təmin edilməyib. Bu barədə AFFA-nın rəsmi saytı məəlumat yayıb.

“Göygöl” – “Kür-Araz” klubları arasında keçirilən futbol qarşılaşmasından sonra qonaq komandanın heyətində həmin oyun zamanı “kapitan” kimi çıxış edən 14 nömrəli futbolçu Elnur Məmmədovun hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə 4 oyun cəzalanması, klubun isə 1000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 18.09.2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43