Türkiyə millisinin gənc hücumçusu Kənan Yıldız karyerasını “Yuventus”da davam etdirəcək.
İdmanxeber.az “Tuttosport”a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu “Arsenal”, “Çelsi” və “Mançester Yunayted”in təkliflərini rədd edib. Gənc oyunçu Turin klubu ilə uzunmüddətli yeni müqavilə imzalamağa hazırlaşır.
Kənan Yıldız bu mövsüm “Yuventus”un heyətində göstərdiyi çıxışla Avropanın bir çox klubunun diqqətini cəlb edib.

