05 İyun 2026
Ölkə futbolu

Millimizin futbolçusu yaşıl meydanlara geri dönür – SON DURUM 

“Şamaxı”nın və U-21 millimizin futbolçusu Edqar Adilxanovunun əməliyyat olunmasından xəbərdarsınız.

İdmanxeber.az-a verilən məlumata görə, yarımmüdafiəçi yaxın günlərdə yaşıl meydanlara geri dönəcək. Onun təxminən bir həftəyə komanda ilə birlikdə məşqlərə başlaması gözlənilir.

Xatırladaq ki, Adilxanov Almaniyanın Münhen şəhərində  ikitərəfli qasıq yırtığı səbəbindən əməliyyat olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43