Azərbaycan U-21 millisinin heyətində Şotlandiyaya qarşı yaxşı oyun keçirən Xəyal Əliyev matçın sonunda qırmızı vərəqə aldı. Bununla da “Sabah”ın futbolçusu yığmanın qarşıdakı görüşlərini buraxmalı olacaq.
Əldə etdiyimiz məlumata görə, Xəyal əsas millidə oynamağı hədəfləyir. Futbolçu U-21 millisində çıxış etməyə müsbət yanaşmır.
“Sabah”ın oyunçusu gənclərlə birgə çıxış etməkdən məmnun deyil. O, əsas millidə forma geyinmək istəyir.
Daha öncə A milliyə dəvət alan Xəyal Əliyev Ayxan Abbasov gəldikdən sonra U-21 yığmasına çağırılır.
Futbolçu da bu qərardan narazıdır. O, özünü U-21-ə yox, əsas milliyə layiq görür.
İdmanxeber.az

