02 İyul 2026
Dünya futbolu

“Barselona” Levandovskinin yerinə onu gətirir

“Barselona” mövsümün sonunda müqaviləsi başa çatan Robert Levandovskinin əvəzləyicisini axtarır.

İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu “Real Sosyedad”ın hücumçusu Mikel Oyarzaballa maraqlanır. 28 yaşlı futbolçunun transferi klub daxilində müzakirə olunur və yaxın zamanda danışıqlara başlanılması planlaşdırılır.

Oyarzabal bu mövsüm 8 oyunda 2 qol və 1 asistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43