Azərbaycanlı azarkeşlər “Qarabağ”ı İspaniyada tək qoymayacaq.
“Atletik”ə qarşı “San Mames”də keçiriləcək matçda qonaq azarkeşlər üçün bilet satışı dayandırılıb. Buna səbəb satışa çıxan bütün biletlərin satılmasıdır.
Ağdam təmsilçisini Bilbao klubu ilə görüşdə 400-dən çox həmyerlimiz dəstəkləyəcək.
Xatırladaq ki, arena 53 min 331 azarkeş tutumuna malikdir. “Qarabağ” tərəfdarları üçün satışa 431 bilet çıxarılmışdı.
Görüş oktyabrın 22-də, saat 20:45-də start götürəcək.
Həsən Quluzadə / İdmanxeber.az

