07 İyul 2026
Dünya futbolu

Klopp “Liverpul”a qayıda bilər

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp yenidən komandaya qayıdış ehtimalından danışıb.

İdmanxeber.az xəbər verir ki, alman mütəxəssis Premyer Liqaya yalnız “Liverpul” üçün qayıda biləcəyini bildirib:

“Hazırda istirahət edirəm, amma gələcəkdə İngiltərəyə qayıtsam, bu yalnız ‘Liverpul’ üçün ola bilər”, – deyə Klopp vurğulayıb.

Xatırladaq ki, Klopp 2024-cü ilin yayında “Liverpul”dan ayrılaraq karyerasına fasilə vermişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43