19 İyun 2026
Dünya futbolu

FİFA-dan Türkiyə klubuna transfer qadağası

FİFA Türkiyənin “Antalyaspor” klubuna transfer qadağası qoyub.

İdmanxeber.az xəbər verir ki, buna səbəb komandanın sabiq futbolçusu Samuel Etoonun menecerinə olan borcunu ödəməməsidir.

Nəticədə Super Liqa təmsilçisi 3 transfer pəncərəsi ərzində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43