29 İyun 2026
Ölkə futbolu

AFFA böyük dəyişiklik astanasında – Rövşən Nəcəf artıq onu yanında istəmir!

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin qurumdakı fəaliyyəti başa çatmaq üzrədir.

İdmanxeber.az-a daxil olan məlumata görə, futbol ictimaiyyəti tərəfindən fəaliyyəti uğursuz qiymətləndirilən Hacıyevin postundan göndərilməsi artıq an məsələsidi.

Mövcud durumdan vitse-prezident də agahdı və onunla bağlı qərarın rəsmiləşməsini gözləyir.

Qeyd edək ki, AFFA-da aparılan islahatlar fonunda rəhbərlikdə ciddi dəyişikliklərin olacağı gözlənilirdi. Sərxan Hacıyevin postundan uzaqlaşdırılması bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43