15 İyun 2026
Dünya futbolu

“Bavariya”nın futbolçusunun cəzası azaldıldı

 

UEFA “Bavariya”nın futbolçusu Luis Diasın diskvalifikasiya müddətini azaldıb.

İdmanxeber.az ali futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, kolumbiyalı vingerin 3 oyunluq cəzası 2 matça endirilib. 28 yaşlı futbolçu Çempionlar Liqasında PSJ ilə oyunda qırmızı vərəqə aldığı üçün cəzalandırılmışdı.

Qeyd edək ki, mövsümün əvvəlində “Liverpul”dan 70 milyon avroya transfer olunan Luis Dias “Bavariya”nın heyətində keçirdiyi 20 oyunda 12 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43