27 İyul 2026
Dünya futbolu

“Real”ın ulduzunu yaxından izləyirlər – Premyer Liqa klubları

“Real”da çıxış edən Trent Aleksandr-Arnold Premyer Liqa klublarının maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”, “Mançester Yunayted” və “Nyukasl” ingiltərəli futbolçunun durumunu yaxından izləyir.

Yay transfer pəncərəsində “Liverpul”dan “Real”a keçən Aleksandr-Arnold zədələr səbəbindən çox forma şansı qazana bilməyib. Onun yeni komandasına tam adaptasiya ola bilmədiyi vurğulanır.

 İngiltərə millisinin üzvü bu mövsüm La Liqada 8, UEFA Çempionlar Liqasında isə 3 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43