25 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu I Liqada çıxış edən futbolçunu ala bilmədi 

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Karvan-Yevlax” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi heyətini gücləndirmək niyyətindədir. Baş məşqçi Füzuli Məmmədov I Liqa təmsilçisi MOİK-də çıxış edən Mehrac Baxşalını komandada görmək istəyir.

Premyer Liqa təcrübəsi olan futbolçu üçün danışıqlar aparılsa da, razılıq əldə olunmayıb. Ordu klubu Baxşalını buraxmaq niyyətində deyil.

Onlar yüksək pillələr üçün mübarizə apardıqlarını və bu səbəbdən də oyunçunu verməyəcəklərini bildiriblər.

Xatırladaq ki, M.Baxşalı ötən mövsüm Füzuli Məmmədovun başçılıq etdiyi “Mingəçevir” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43