25 İyul 2026
Dünya futbolu

“Mançester Siti” güclənir

“Mançester Siti” müdafiə xəttini gücləndirmək istəyir.

İdmanxeber.az “The Independent”ə istinadən xəbər verir ki, klubun əsas hədəfi “Kristal Pelas”ın və İngiltərə millisinin mərkəz müdafiəçisi Mark Gehidir.

Bildirilir ki, Mançester təmsilçisi ilkin danışıqlara başlayıb. Lakin 25 yaşlı futbolçu yayda azad agent kimi klubunu dəyişmək niyyətindədir.

Bu səbəbdən “Kristal Pelas” onu indidən satmaq istəyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43