12 İyul 2026
Dünya futbolu

Millimizin sabiq üzvü oynadı, komandası uduzdu

Azərbaycan millisinin sabiq üzvü Sərtan Taşkının çıxış etdiyi “Serik Belediyyespor” Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, komanda “Iğdır”la səfər matçında 1:3 hesabı ilə məğlub olub. Görüşə start heyətində başlayan Taşkın fasilədə əvəzlənib.

“Serik Belediyyespor” 24 turdan sonra 26 xalla 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43