11 İyun 2026
Ölkə futbolu

Premyer Liqa üçün AFFA-ya müraciət etdilər – Cavab gözləyirlər

Azərbaycan I Liqa klubları Premyer Liqada iştirak etmək üçün AFFA-ya müraciət edib.

İdmanxeber.az-a verilən məlumata görə, çempionatda çıxış edən – 5 klub “Şəfa”, “Səbail”, “Mingəçevir”, “Baku Sportinq” və “Difai” (Ağsu) lisenziyalaşdırma şərtlərini yerinə yetirməyə hazırdır. Bu klublar növbəti mövsüm elitada çıxış etmək istəyir.

Təbii ki, bunun üçün ilk öncə onlar çempionatda nəticə qazanmalıdır. Adıçəkilən klublar Premyer Liqaya yüksələcəyi təqdirdə, ev oyunlarını harda keçirəcəklərini də federasiyaya bildirib.

Xatırladaq ki, Azərbaycan I Liqasında hazırda “Şəfa” birinci, “Baku Sportinq” ikinci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43