25 İyul 2026
Dünya futbolu

“Real”ın müdafiəçisi zədə aldı

“Real”ın müdafiəçisi Alvaro Karreras zədə səbəbindən Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti”yə qarşı keçiriləcək oyunu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçunun sağ ayağının baldır əzələsində zədə aşkarlanıb. Bu səbəbdən həkimlər onun qarşıdakı matçda meydana çıxmasına icazə verməyiblər. Bərpa müddəti isə hələ dəqiqləşməyib.

Karreras cari mövsümdə “Real”ın heyətində 34 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Kral klubu”nda Mbappe, Rodriqo, Kamavinqa və Bellinqemin də oyunları buraxmaq ehtimalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43