28 İyun 2026
Dünya futbolu

Renat oynamadı, komandası uduzdu

Futbol üzrə Polşa çempionatında 29-cu turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Motor” səfərdə “GKS Katovice”nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Renat bu matçda iştirak etməyib. 26 yaşlı forvard sona qədər ehtiyatda qalıb.

29 turdan sonra 39 xal toplayan “Motor” turnir cədvəllinin 8-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43