“Arsenal” PSJ-nin hücumçusu Bredli Barkolanı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 23 yaşlı fransız vinger üçün təxminən 80 milyon avro ödəməyə hazırdır. PSJ ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan Barkola 2025/26 mövsümündə 49 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib.
Barkola 2023-cü ildə Olympique Lyonnaisdan PSJ-yə 45 milyon avro qarşılığında keçmişdi

