Abdukodir Xusanov “Transfermarkt”ın son yeniləməsinə əsasən Asiyanın ən bahalı futbolçusu olub.
İdmanxeber.az-ın məlumatına görə, Özbəkistan millisinin üzvünün transfer dəyəri 15 milyon avro artaraq 50 milyon avroya yüksəlib. Bununla da o, Takefusa Kubo və Kaishu Sanonu geridə qoyaraq qitədə ilk sıraya yüksəlib.
Xusanov eyni zamanda İngiltərə Premyer Liqasının ən bahalı futbolçularının reytinqində ilk “10-luq”a daxil olub.

