“Bavariya” PSV-nin yarımmüdafiəçisi İsmail Saibarinin transferi üçün fəaliyyətini davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya nəhəngi artıq futbolçuya rəsmi müqavilə təklifi göndərib. Bildirilir ki, tərəflər şəxsi şərtlərlə bağlı böyük ölçüdə razılığa gəliblər.
Hazırda əsas problem klublar arasında transfer məbləğinin müəyyənləşdirilməsidir.
Münhen klubunun baş məşqçisi Vensan Kompani də bu keçidi dəstəkləyir. Saibari ötən mövsüm PSV-nin ən sabit çıxış edən futbolçularından biri olub.
Danışıqların yaxın günlərdə yeni mərhələyə keçəcəyi gözlənilir.

