Azərbaycan millisinin kapitanı Emin Mahmudov yoldaşlıq görüşündə meydana çıxa bilməyəcək.
İdmanxeber.az-a verilən məlumata görə, yığmamızın üzvünün ağrıları var. Bu səbəbdən də onun Maltaya qarşı oyunda forma geyinməsi gözlənilmir. Məşqçilər heyəti Mahmudovu risk etmək istəmədiyi üçün ilk matçda futbolçuya istirahət verəcək.
“Neftçi”nin kapitanının durumunun ciddi olmadığı bildirilir. Təcrübəli yarımmüdafiəçi Azərbaycan millisinin San Marinoya qarşı görüşündə forma geyinəcəyi gözlənilir.
Xatırladaq ki, milimiz Avstriya toplanışı çərçivəsində ayın 5-də Malta, 9-da isə San Marino ilə qarşılaşacaq

