11 İyun 2026
Dünya futbolu

“Çelsi” PSJ-nin futbolçusunu istəyir

“Çelsi” PSJ-nin gənc istedadı İbrahim Mbayeni transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu futbolçu ilə qışda da maraqlanmışdı. Fransız təmsilçisinin yayda onu buraxmağa hazır olduğu bildirilir. “Çelsi” yaxın günlərdə rəsmi təklif göndərə bilər.

Mbaye Avropanın ən perspektivli gənclərindən hesab olunur. İngilislər onu uzunmüddətli layihənin bir hissəsi kimi görür.

Danışıqların başladığı qeyd edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43