11 İyun 2026
Ölkə futbolu

Azərbaycan millisi FİFA reytinqində iki pillə gerilədi 

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan yığması əvvəlki siyahı ilə müqayisədə 2 pillə geriləyərək 126-cı yerə enib. Hazırda Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın aktivində 1132 xal var.

Millətlər Liqasında yığmamızın rəqiblərindən Litva 149-cu, Lixtenşteyn isə 206-cı sırada qərarlaşıb.

Reytinq cədvəlinə əvvəlki kimi dünya çempionu Argentina başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43