“Benfika”nın hücumçusu Vangelis Pavlidis karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” 27 yaşlı yunanıstanlı forvardın transferində maraqlıdır. İstanbul klubu futbolçu üçün Portuqaliya təmsilçisinə 20 milyon avro təklif edib və cavab gözləyir.
Pavlidis ötən mövsüm “Benfika”nın heyətində 53 oyunda 30 qol vurub, 6 məhsuldar ötürmə edib.

