12 İyun 2026
Dünya futbolu

“Mançester Siti”nin 122 milyonluq təklifi rədd edildi

İngiltərənin “Nottingem Forest” klubu yarımmüdafiəçi Elliot Andersonu satmaq niyyətində deyil.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi “Mançester Siti”nin futbolçu üçün etdiyi 122 milyon funt sterlinqlik təklifi geri çevirib. 23 yaşlı oyunçu son mövsümdə göstərdiyi çıxışla həm Premyer Liqada, həm də İngiltərə millisində diqqət mərkəzinə düşüb.

“Şəhərlilər” transferi yayda yekunlaşdırmağa çalışsalar da, “Forest” rəhbərliyi daha yüksək məbləğ tələb edir. Hətta klubun Anderson üçün rekord transfer haqqı gözlədiyi bildirilir. Futbolçuya “Mançester Yunayted”in də maraq göstərdiyi qeyd olunur.

Bu transferin yay bazarının ən bahalı keçidlərindən birinə çevriləcəyi proqnozlaşdırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43