12 İyun 2026
Ölkə futbolu

Qurban Qurbanovun qəzəbinə tuş gələn futbolçu klub axtarır – Təklif yoxdur

“Qarabağ”ın əsas komandasından uzaqlaşdırılan  Abbas Hüseynov özünə klub tapa bilmir. O, bir müddət öncə “Araz-Naxçıvan” rəsmiləriylə əlaqə saxlayıb və tərəflər arasında danışıq baş tutub.

Ancaq razılıq əldə olunmayıb. Buna səbəb Abbasovun maaş gözləntisidir. Büdcəsi azalan Naxçıvan təmsilçisi müdafiəçinin gözlədiyi əməkhaqqını təklif edə bilməyib.

Məlumata görə, Hüseynova hazırda ciddi maraq yoxdur. Premyer Liqa klublarından heç biri onunla təmasa keçməyib. Millimizin sabiq üzvünün növbəti mövsümə hansı komandada başlayacağa bəlli deyil.

31 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsi yayda başa çatır. O, bir müddət öncə baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

İdmanxeber.az 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43